“Tuna” mühərrikinin ilk dəfə işə salınması 2020-ci ildə edilib. Ümumilikdə 400 at gücünə malik yerli mühərrikin vasitə üzərində sınaq və kalibrləmə işləri başa çatdırılıb, 2022-ci ildə kütləvi istehsal mərhələsinə başlanılıb. 2023-cü ildə Sakarya Arifiyedəki BMC müəssisələrində kütləvi istehsalına başlanan 8,4 litr mühərrik həcminə malik 4 silindirli mühərrik İzmir Pınarbaşı Obyektlərinə göndərilib.
Ümumilikdə 6500-dən çox sınaq mərkəzində və 140 min km vasitə üzərində sınaqdan keçirilən mühərrik NATO-nun sərt dözümlülük sınaqlarını da tamamlayıb. Bütün ərazi və hava şəraitinə uyğunlaşmaq üçün optimallaşdırılan vasitələr Türkiyə Silahlı Qüvvələrinin taktiki ehtiyaclarına tam cavab verməyə hazır vəziyyətə gətirilib.
Təhdidləri məhv edən “Vuran” zirehli vasitəsi missiyaya hazırdır
Yaylım atəşli reaktiv sistemi, minaatan və uzaqdan idarə olunan silah sistemi ilə təchiz edilmiş versiya ilə inkişaf etdirilən “Vuran” 4x4 müxtəlif silah avadanlıqlarının inteqrasiyası sayəsində bir çox missiyanı uğurla yerinə yetirəcək.
“Vuran” aşağıdakı xüsusiyyətlərə malikdir:
- Zirehli şüşələr,
- 9 nəfərlik daşıma qabiliyyəti,
- Kamera görüntü sistemi,
- Avtomatik yanğınsöndürmə sistemi,
- Mərkəzi təkər şişirmə,
- Ballistik, mina və əldqayırma partlayıcı qurğu qoruması.
“Vuran” sərt iqlim şəraitində həssas nöqtələrin və obyektlərin mühafizəsi, polis bölmələri arasında patrul xidməti, konvoyun mühafizəsi, bölgələrin, məntəqələrin və marşrutların kəşfiyyatı, fiziki sərhəd təhlükəsizliyinin təmin edilməsi kimi vəzifələri yerinə yetirmək üçün istehsal edilib.
“Kirpi II” minalara qarşı üstün qoruma təmin edir
“Kirpi”nin təkmilləşdirilmiş versiyası olan “Kirpi II” müstəqil asqı sistemi və yüksək qoruma xüsusiyyətləri ilə seçilir. Monokok zirehli kabinə, xüsusi zirehli pəncərələr və inteqrasiya olunmuş KBRN qorunma sistemi kimi təchizatı ilə həm yol təhlükəsizliyi, həm də sərnişinlərin rahatlığı baxımından öz sinfinin qabaqcıllarındandır.
Bundan əlavə, partlayıcı maddələrin aşkarlanması və zərərsizləşdirilməsi robotu kimi qabaqcıl texnoloji xüsusiyyətlərlə təchiz edilən “Kirpi II” minalara qarşı ən effektiv müdafiəni təklif edir. “Kirpi” Minaya Qarşı Qorumalı Vasitə Ailəsi Ambulans, METİ (Mina və Əldəqayırma Partlayıcı Maddə Aşkarlama-Məhvetmə Vasitəsi), Yük Daşıma Vasitəsi və 6x6 kimi bir çox fərqli versiyaları ilə müxtəlif vəzifələri uğurla yerinə yetirir.
Öz sinfində təmin etdiyi üstün səviyyəli qoruma ilə Türkiyə başda olmaqla, bir çox fərqli ölkədə (Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Tunis, Türkmənistan, Ukrayna, Qətər, Somali) ən əhəmiyyətli müdafiə vasitələrindən biri olaraq xidmət edir.
Dəyanət Ağalarlı
Ordu.az